Mərmərə dənizində baş verən bir sıra mikrozəlzələlərdən sonra gələn həftə İstanbul ərazisində seysmik aktivliyin qiymətləndirilməsi üçün əsas olacaq.
Turkustan.az xəbər verir ki, bunu türkiyəli seysmoloq, professor Osman Bektaş deyib.
“Mərmərə dənizinin mərkəzi hövzəsində 6-9 kilometr dərinlikdə 3,5 bal gücündə bir sıra mikrozəlzələlər qeydə alınıb. Bu cür hadisələr adətən kiçik yerdəyişmələr səbəbindən qırılmanın müəyyən hissələrində gərginliyin yenidən bölüşdürülməsini göstərir. Mərmərə dənizindəki seysmik vəziyyət bir neçə ssenariyə görə inkişaf edə bilər və qırılmanın bağlı vəziyyətdə olub-olmaması, yoxsa yavaş hərəkət etməsi məsələsi əlavə tədqiqat tələb edir”, - Bektaş bildirib. /axar.az/