ABŞ-da qırmızı plyonkaya bükülmüş qəribə maşın qəbiristanlığı - VİDEO


ABŞ-ın Oklahoma ştatında bir kişi qırmızı plyonkaya bükülmüş yüzlərlə avtomobilin saxlanıldığı qeyri-adi avtomobil dayanacağı aşkar edib. Məlum olub ki, bu nəqliyyat vasitələrinin ərazidən çıxarılması qadağandır və bunun xüsusi səbəbi var.

Turkustan.az xəbər verir ki, "Supercar Blondie” nəşrinin məlumatına görə, "Auto Auction Rebuilds” adlı "YouTube” kanalının müəllifi həmin avtomobil saxlama məntəqəsini ziyarət edərək nəqliyyat vasitələrinin niyə məhz bu formada qorunduğunu izah edib.

Bloger bildirib ki, avtomobillərin ərazidən çıxarılması qadağandır və bu qaydanın pozulması yalnız xəbərdarlıqla məhdudlaşmaya bilər.

Onun sözlərinə görə, avtomobillər "Insurance Auto Auctions” sığorta şirkətinin apardığı araşdırmalar davam etdiyi üçün bu şəkildə saxlanılır. Qırmızı plyonka nəqliyyat vasitələrini tam izolyasiya etmək, sübutların qorunmasını təmin etmək, ehtiyat hissələrinin oğurlanmasının qarşısını almaq və avtomobilləri hava şəraitinin təsirindən qorumaq məqsədilə istifadə olunur.

Bundan əlavə, qırmızı örtük adətən avtomobilin araşdırma prosesində olduğunu göstərir. Belə hallarda yalnız hüquq-mühafizə orqanlarının əməkdaşları və bəzi hallarda sığorta müfəttişləri nəqliyyat vasitələrinin vəziyyətini yoxlamaq hüququna malik olur.


MANŞET XƏBƏRLƏRİ