Tramp və Netanyahu regional gərginliyi müzakirə etdi


İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Turkustan.az xəbər verir ki, İsrail Baş nazirinin Ofisinin yaydığı məlumata görə, tərəflər ABŞ-ın İrana endirdiyi zərbələr, İsrailin Livandakı hərbi fəaliyyəti və digər regional məsələləri müzakirə ediblər.

Açıqlamada bildirilir ki, Tramp Netanyahuya İrana qarşı həyata keçirilən hava əməliyyatları barədə məlumat verib. Liderlər bölgədəki hərbi və siyasi proseslərlə bağlı koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.

Məlumata əsasən, Netanyahu danışıq zamanı Livanın cənubu ilə bağlı mövqeyini də ifadə edərək, İsrail sərhədləri boyunca "təhlükəsizlik zonalarının yaradılmasının" zəruri olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ