Knesset ermənilərin arzusunu “gözündə qoyub” - Çernamoryandan Bakı iddiası


İsrail Knessetində uydurma erməni soyqırımını tanıyan qanun layihəsi bir gün əvvəl müzakirə edilməli idi, amma müzakirə olunmadı. Musavat.com yazır ki, bu barədə aylıq "İsrail erməniləri" jurnalının təsisçisi və redaktoru Artyom Çernamoryan məlumat verib.

Çernamoryan: İsrail'in Ermeni Soykırımı'nı resmen tanıyacağını düşünmüyorum  – Ermenistan Kamu Radyosu

Onun sözlərinə görə, birincisi, 3 gün əvvəl yenilənən həftəlik gündəliyə 31 səhifəlik qanun layihəsi, qanunlara düzəlişlər və fövqəladə sessiyalarda müzakirə olunacaq məsələlər daxil idi: “Təbii ki, bunu etmək fiziki cəhətdən mümkün deyildi. İkincisi, ifrat dini partiyaların nümayəndələri qəsdən sessiyaları təxirə salır, Knessetin işinə təsir göstərməyə və ölkənin əsas qanunvericilik orqanını 16 iyulda tətilə getməməyə məcbur etməyə çalışırdılar. Burada Azərbaycan lobbisinin də iştirakı istisna edilmir, amma bu barədə nə qədər danışsalar da, məsələ budur ki, məsələ plenar iclasın gündəliyindən çıxarılmayıb”.

İsrail qondarma erməni soyqırımına səs verir - Azərbaycan və Türkiyə isə...  - TV Musavat

Xatırladaq ki, İsrail hökuməti bu yaxınlarda yekdilliklə saxta erməni soyqırımını tanıyan qətnamə qəbul edib. Lakin İsrail parlamenti bu təşəbbüsü hələlik dəstəkləməyib. Jurnalın təsisçisi Çernamoryanın dediyindən belə məlum olur ki, bu məsələdə həm Knesset yekdil mövqedə deyil və məsələni müzakirəyə çıxarmaq istəmir, həm də Azərbaycan lobbisinin rolunu vurğulayır.

Onu da deyək ki, rəsmi Bakı bu məsələdə Türkiyəyə açıq dəstəyini bəyan edən yeganə dövlət kimi çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İsrail parlamentində qəbul edilən qərar qətiyyətlə pislənib və Türkiyənin mövqeyinə açıq dəstək ifadə olunub. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin sadəcə siyasi bəyanatlardan ibarət olmadığını, “bir millət, iki dövlət” prinsipinin konkret hadisələr fonunda da praktik şəkildə öz təsdiqini tapdığını bir daha nümayiş etdirib.

Azərbaycanda fəaliyyət göstərən üç əsas yəhudi icmasının rəhbərləri İsrail parlamentinin (Knesset) üzvlərinə rəsmi müraciət ünvanlayaraq, onları qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı irəli sürülən təşəbbüsləri dəstəkləməməyə çağırıblar.

Azərbaycan-İsrail münasibətlərində KRİTİK GÜN

Musavat.com xatırladır ki, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Bakı Aşkenazi Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski və Bakı Sefard Yəhudiləri İcmasının sədri Zamir İsayev tərəfindən imzalanan birgə müraciətdə sözügedən siyasi təşəbbüsün Cənubi Qafqazda formalaşmaqda olan kövrək sülh və sabitlik prosesinə ciddi mənfi təsir göstərə biləcəyi vurğulanıb. İcma liderləri diqqətə çatdırıblar ki, belə həssas və mübahisəli tarixi məsələlər ətrafında üçüncü dövlətlərin atacağı birtərəfli siyasi addımlar xalqlar arasında barışıq, qarşılıqlı anlaşma və etimad mühitinin güclənməsinə heç bir fayda vermir, əksinə, sülh danışıqlarını daha da çətinləşdirir.

Müraciətdə həmçinin qeyd olunur ki, mürəkkəb və həssas tarixi hadisələr siyasi qərarların deyil, yalnız tarixçilərin və müstəqil ekspertlərin elmi araşdırmalarının mövzusu olmalıdır. Yəhudi icmalarının rəhbərləri bu növ mövzuların siyasiləşdirilməsinin regionda və beynəlxalq müstəvidə İsrailin səmimi və strateji dostları arasında lazımsız gərginlik yaradacağına dair Knesset üzvlərinə qəti xəbərdarlıq ediblər.


MANŞET XƏBƏRLƏRİ