Ukrayna PUA-ları iyulun 10-na keçən gecə Rusiyanın Rostov vilayətinə kütləvi zərbələr endirib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Azov şəhərində Rusiyanın müdafiə-sənaye kompleksinə daxil olan Azov optik-mexaniki zavodu hədəfə alınıb. Müəssisə optik-elektron, radiolokasiya və yüksək dəqiqlikli sistemlərin istehsalı üzrə ixtisaslaşıb. Hücum nəticəsində şəhərdəki neft bazalarında da yanğınlar baş verib.
Bundan başqa, Taqanroqda dəniz limanında yerləşən “Kurqannefteprodukt” neft terminalında yanğın olub. Terminalın əsas fəaliyyəti neft məhsullarının dəniz gəmilərinə yüklənməsi və boşaldılmasından ibarətdir.
Bildirilib ki, Azov şəhərində iki neft məhsulları anbarı alovlanıb. Hava hücumundan müdafiə qüvvələri Belqorod, Bryansk, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Pskov, Rostov, Smolensk və Tver vilayətlərində, Moskva bölgəsində, Krasnodar diyarında, Krımda və Azov dənizi üzərində ümumilikdə 376 Ukrayna pilotsuz uçuş aparatını zərərsizləşdirib. /axar.az/