Rusiya NATO-nun sammiti ilə bağlı bəyanat yaydı


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 7–8 iyul tarixlərində Ankarada keçirilən NATO Zirvə Görüşü ilə bağlı yazılı açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, Zaxarova iddia edib ki, NATO Avropa qitəsini militarizasiya etməyə, müdafiə potensialını artırmağa və Rusiya ilə mümkün silahlı qarşıdurmaya hazırlaşmağa yönəlib.

O, NATO-nun baş katibi Mark Ruttenin sammiti Alyansın tarixində "inqilabi" hadisə kimi təqdim etməyə çalışdığını qeyd edib. Lakin Zaxarovanın sözlərinə görə, görüş heç bir konkret nəticə verməyib və NATO müttəfiqləri arasında mövcud fikir ayrılıqları aradan qaldırılmayıb.

Zaxarova həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampın Avropanın təhlükəsizliyinin təmin olunmasına marağını qoruması və ABŞ qüvvələrinin qitədən çıxarılması prosesini sürətləndirməməsi üçün səylər göstərilib. Onun fikrincə, Avropa və Kanada liderlərinin öhdəlik və məsuliyyətlə bağlı bəyanatları isə müttəfiqlər arasındakı münasibətlərdə mövcud olan "çatları" aradan qaldırmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ