Rusiya-Ukrayna müharibəsində Azərbaycan əsilli daha 10 nəfərin həlak olduğu məlum olub.
Əldə etdiyimiz məlumata görə, müxtəlif illərdə Rusiya ordusunun tərkibində xidmət edən və ya hərbi əməliyyatlara cəlb olunan azərbaycanlılar əsasən Donetsk və Zaporojye istiqamətlərində gedən döyüşlər zamanı həyatlarını itiriblər.
Həlak olanların siyahısında Rostov vilayəti, İrkutsk, Samara, Ulyanovsk, Leninqrad, Çelyabinsk vilayətləri, Krasnodar diyarı, Başqırdıstan və Dağıstanda yaşayan Azərbaycan əsilli şəxslər yer alır.
Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:
Rüstəm Yaqub oğlu Şafiyev (03.07.1996)
Ruslan Natiq oğlu Tağıyev (19.09.2002)
Ruslan Mehdi oğlu Mahmudov (14.08.1987)
Həzrət Saleh oğlu Məmmədov (26.04.1995)
Rafael Vidadi oğlu İmanov (12.05.1991)
Sahib Nazim oğlu Abbasov (06.12.1983)
Karamalı Telman oğlu Carçiyev
Sahil Vaqif oğlu Yusubov
Elnur Vüqar oğlu Əkbərov
İmaməddin Səməddin oğlu Ağayev (02.09.1991)
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki tərəfdə döyüşlərə qatılan Azərbaycan əsilli şəxslər arasında itkilər qeydə alınmaqdadır. /modern.az