Belçikanın Baş naziri Bart De Vever NATO Zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona hədiyyə etdiyi tapançanı bilmədən Belçikaya aparıb.
Turkustan.az xəbər verir ki, bu barədə Belçikanın “7Sur7” nəşri məlumat yayıb.
Məlumata görə, hədiyyə yalnız nümayəndə heyəti Belçikaya endikdən sonra açılıb. Silah və sursat aşkar edildikdən sonra onlar dərhal hava limanı polisinə təhvil verilib.
Hazırda revolverin taleyi ilə bağlı yekun qərar verilməyib.
Qeyd edək ki, Ərdoğan Zirvə Toplantısında iştirak edən liderlərə xüsusi hazırlanmış, adları həkk olunmuş revolverlər və bir qutu sursat hədiyyə edib./axar.az