Ölkəsinə qayıdıb Ərdoğanın hədiyyəsini açdı, ortalıq qarışdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak edən liderlərə hədiyyə etdiyi, üzərində adları həkk olunmuş xüsusi hazırlanmış revolverlər beynəlxalq mediada müzakirə olunmağa davam edir.

Turkustan.az xəbər verir ki, Belçika mətbuatında yayılan iddialara görə, Belçikanın Baş naziri Bart De Vever hədiyyə qutusunu yalnız ölkəsinə qayıtdıqdan sonra açıb. Bildirilir ki, qutuda revolverlə yanaşı döyüş sursatı da olub və silah daha sonra hava limanı polisinə təhvil verilib.

Məsələ Böyük Britaniyanın Baş naziri Kir Starmerin ölkəsinin qanunvericiliyinə görə həmin revolveri İngiltərəyə apara bilmədiyi barədə məlumatlardan sonra yenidən gündəmə gəlib.

Belçika tərəfi ilə bağlı yayılan iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

O, ölkəsinə qayıdanda Ərdoğanın hədiyyəsini açdı və hər şey çox qarışıq oldu.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ