ABŞ-ın zərbəsi nəticəsində öldürüldüyü bildirilən İranın keçmiş lideri Əli Xameneinin dəfn mərasimi öncəsi baş verən hadisə Yaxın Şərqdə gərginliyi artırıb.
Turkustan.az xəbər verir ki, məlumata görə, Tehranla Məşhədi birləşdirən strateji dəmir yolu xəttinə hücum edilib.
İran Dövlət Televiziyası və İran Dəmir Yollarının açıqlamasına əsasən, dəmir yolu xəttində qatarların hərəkəti baş verən hücumdan sonra müvəqqəti olaraq dayandırılıb.
Bildirilib ki, dəmir yolu rəhbərliyi xəttə dəymiş ziyanın aradan qaldırılması üçün əraziyə təcili yardım və bərpa qrupları göndərib.
Dəfn mərasimində iştirak etmək üçün yola çıxan sərnişinlər və digər vətəndaşlar üçün alternativ nəqliyyat vasitəsi kimi avtobuslar təşkil edilib.
Aytən Yaşar/ Turkustan.az