Ankarada keçirilən NATO Liderlərinin Zirvə Toplantısı çərçivəsində müdafiə sənayesinin maliyyələşdirilməsi ilə bağlı mühüm addım atılıb.
Turkustan.az xəbər verir ki, Kanada, Albaniya, Belçika, Yunanıstan, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Ukrayna liderləri Müdafiə, Təhlükəsizlik və Dözümlülük Bankının yaradılması barədə birgə bəyannamə qəbul ediblər.
Kanada Baş Nazirinin Ofisinin yaydığı açıqlamada bildirilib ki, liderlər Ankarada keçirilən NATO Zirvəsində bir araya gələrək yeni bankın yaradılması planını açıqlayıblar. Bankın 2027-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.
Aytən Yaşar/ Turkustan.az