Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri ötən gecə İranın şimal-şərqində yerləşən - ölkəni Rusiya və Çinlə əlaqələndirən nəqliyyat dəhlizinin bir hissəsi olan körpüyə zərbə endirib.
Turkustan.az xəbər verir ki, məlumatı "Fars" xəbər agentliyi yayıb.
Bildirilir ki, hava hücumu Türkmənistanla sərhədə yaxın olan Gülüstan ostanının Ağqala bölgəsindəki dəmir yolu körpüsünə edilib.
Rusiya mənşəli yüklər İrana məhz bu tranzit xətti vasitəsilə gətirilirdi. Bundan əlavə, ABŞ-nin dəniz blokadası tətbiq etməsindən sonra Çin də İrana məhsul ixracını qeyd edilən marşrut üzərindən üçqat artırmışdı./oxu.az