Kiyev üçün qara gün: Almaniya parlamenti Ukraynaya raket verilməsinin əleyhinə səs verdi!


Almaniya Bundestaqında Ukraynaya hərbi yardımların taleyini həll edən səsvermə zamanı Kiyev rəhbərliyini dərin şoka salan qərar qəbul edilib.

Turkustan.az xəbər verir ki, Almaniya parlamenti Ukraynaya böyük ümid bəslənən strateji "Taurus" qanadlı raketlərinin və "Patriot" zenit-raket komplekslərinin yeni partiyasının göndərilməsinin qəti şəkildə əleyhinə səs verib. Almaniyanın nüfuzlu "Bild" nəşrinin hərbi eksperti Yulian Röpke rəsmi səsvermənin nəticələri barədə özünün sosial şəbəkə hesabında sensasion təfərrüatları paylaşıb.

Hərbi ekspert Bundestaqda Ukraynanın əleyhinə qurulan gözlənilməz koalisiyanı ifşa edərək bildirib ki, hakimiyyətdəki koalisiya partiyaları parlamentdəki rusiyapərəst müxalifətlə faktiki olaraq eyni mövqedən çıxış edərək Ukraynaya kritik silahların ötürülməsini əngəlləyiblər. Yulian Röpke Almaniya siyasi səhnəsində baş verən bu qəfil hadisəni şərh edərkən çox sərt ifadələr işlədib: "Hakim koalisiya partiyaları rusiyapərəst müxalifətlə birlikdə Ukraynaya "Taurus" qanadlı raketlərinin və "Patriot" raket-əleyhinə sistemlərinin verilməsinə yox dedilər. Eyni zamanda, "Yaşıllar" partiyası da burada ciddi şəkildə aldadıldı. Onlar Xristian-Demokrat və Xristian-Sosial İttifaqı (CDU/CSU) ilə Sosial-Demokratlar Partiyasının (SPD) Ukrayna üçün istisnalar edilməsi ilə bağlı təklifinə tərəfdar çıxsalar da, sonda faktiki olaraq oyunun kənarında qaldılar".

Almaniya parlamentinin bu qəti imtinası cəbhədə çətin günlər yaşayan və hava hücumundan müdafiə sistemlərinə kəskin ehtiyacı olan Ukrayna ordusu üçün ən ağır zərbələrdən biri kimi qiymətləndirilir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ