Ötən gün axşam saatlarından bu gün saat 06:00-dək Moskva istiqamətinə 430-dan çox Ukrayna PUA-sı buraxılıb.
Turkustan.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.
“PUA-ların böyük əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən paytaxta uzaq məsafələrdə zərərsizləşdirilib. 36 ədəd PUA Moskvaya yaxınlaşarkən məhv edilib”, - o bildirib.
Qeyd edək ki, PUA hücumu ilə əlaqədar Moskva hava limanları koordinasiyalı uçuş idarəetmə sisteminə keçib. /axar.az/