Yaxın Şərqdə gərginliyin azalması neft bazarına təsir etdi


8 iyul tarixində dünya bazarında neft qiymətləri cüzi artım göstərib.

Turkustan.az xəbər verir ki, analitiklərin fikrincə, Yaxın Şərqdə gərginliyin azalması fonunda investorların diqqəti yenidən qlobal neft təklifi və tələbatına yönəldiyi üçün qiymət artımı məhdud qalıb.

“Reuters” agentliyinin məlumatına görə, Brent markalı neftin sentyabr fyuçersləri GMT ilə saat 03:50-yə olan məlumata əsasən 38 sent və ya 0,5 faiz bahalaşaraq bir barel üçün 72,37 dollara yüksəlib.

Qərbi Texas Intermediate (WTI) markalı neftin fyuçersləri isə 30 sent və ya 0,4 faiz artaraq bir barel üçün 68,85 dollara çatıb. Bazar ertəsi günü WTI qiymətləri İranla bağlı münaqişədən əvvəlki səviyyələrə yaxınlaşmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ