Paşinyandan Rusiya mesajı: Konstruktiv dialoqa hazırıq


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə son dövrdə yaranmış problemlərin konstruktiv dialoq yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Paşinyan bu fikirləri Rusiyanın Yekaterinburq şəhərində Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşü zamanı səsləndirib. Onun sözlərinə görə, görüş Ermənistanda keçirilən seçkilərdən sonra iki ölkə arasında münasibətlərin gündəliyini müzakirə etmək üçün yaxşı imkan yaradıb.

Baş nazir vurğulayıb ki, Ermənistan bütün məsələlərin və mövcud nüansların açıq şəkildə müzakirə olunaraq aydınlaşdırılmasında konstruktiv mövqedən çıxış edir.

Paşinyan əlavə edib ki, Rusiyaya səfəri çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunacaq: "Son zamanlar Ermənistan-Rusiya münasibətlərində bəzi problemli məsələlər ortaya çıxıb. Ümid edirəm ki, bu məsələləri müzakirə edib həll edəcəyik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ