Rusiyaya zərbələr gücləndirilməlidir, çünki Ukrayna...


NATO liderləri Rusiyanı yenidən danışıqlar masasına qaytarmaq məqsədilə Ukraynanın Rusiyanın dərinliklərinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələrin gücləndirilməsini dəstəkləyirlər.

Turkustan.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb bildirib.

Stubbun sözlərinə görə, Rusiyanın nüvə silahından istifadə etməklə münaqişəni genişləndirə biləcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, Ukraynanın hərbi kampaniyası ABŞ-ın müharibəyə dair strateji baxışını dəyişib və Kiyevin danışıqlardakı mövqeyini gücləndirib.

"Düşünürəm ki, NATO-nun bütün liderləri Ukraynanın bunu niyə etdiyini başa düşür. Hamı hesab edir ki, Rusiyaya təzyiqi daha da artırmaq lazımdır.

Ukrayna ilə bağlı hazırda kifayət qədər əlverişli vəziyyətdəyik. Çünki hamı, o cümlədən amerikalı dostlarımız görür ki, Ukrayna hazırda döyüş meydanında üstünlük nümayiş etdirir. Bu, hətta sülh prosesində vasitəçi olmağa çalışanların da strateji düşüncəsini dəyişib. Ukrayna müharibənin əvvəlindən bəri hərbi, siyasi və maliyyə baxımından indiyədək ən güclü mövqedədir. Məhz buna görə də hazırda Rusiyada xeyli narahatedici proseslər müşahidə olunur", – deyə Stubb söyləyib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ