Vens: "ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər"


ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları yenidən başlada biləcəyini istisna etməyib.

Vens bu baradə Virciniya ştatında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-ın növbəti addımları İranın davranışından asılı olacaq.

"Mən heç nə vəd edə bilmərəm. Bu, son nəticədə iranlıların necə davranacağından asılıdır. Əmin olduğum yeganə məsələ odur ki, Prezident buna zərurət və aydın məqsəd olmadan qoşunlarımızı yenidən göndərməyəcək", - deyə o bildirib.

Vitse-prezident qeyd edib ki, əgər İran nüvə proqramını bərpa etsə və ya kommersiya gəmilərinə yenidən hücum etsə, bu, ABŞ-ın yanaşmasını dəyişəcək.

Vens ABŞ və İran nümayəndələri arasında texniki məsləhətləşmələrin gedişini də müsbət qiymətləndirərək, "Hələ nəticə barədə danışmaq tezdir, amma danışıqlar yaxşı gedir", - deyə əlavə edib.


MANŞET XƏBƏRLƏRİ