AK Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik İsrailin xarici işlər naziri Gideon Saarın Prezident Rəcəb Tayyib Ərdoğanla Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın görüşü ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
Turkustan.az xəbər verir ki, Çelik sosial media hesabında paylaşdığı bəyanatda Saarın tənqidlərini "siyasi ikiüzlülükdən də irəli gedən həyasızlıq" kimi qiymətləndirib.
"Netanyahunun rəhbərlik etdiyi 'soyqırım şəbəkəsi' insanlığa və insan haqlarına düşmən olan bir düşüncə tərzidir. Bəşəriyyətin düşmənləri olan bu yeni nasistlərin insan haqları haqqında danışması mümkün deyil", – deyə Çelik bildirib.
O əlavə edib ki, Türkiyədə hüquqları pozulanların və müxtəlif bölgələrdə zülmə məruz qalan insanların Prezident Ərdoğanın insan haqlarına yanaşmasını yaxşı bildiyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az