Rutte: NATO Ukraynaya dəstəyi artırmaq niyyətindədir


NATO-nun baş katibi Mark Rutte bildirib ki, gələn həftə Ankarada keçiriləcək NATO Zirvə Görüşündə əsas diqqət Ukraynaya davamlı dəstəyin gücləndirilməsinə yönələcək.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti “Facebook” səhifəsində açıqlama yayıb.

Mark Ruttenin sözlərinə görə, zirvə çərçivəsində müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin istehsal gücünün genişləndirilməsi və Ukraynaya əlavə dəstəyin təmin olunması müzakirə ediləcək.

“Almaniya Ukraynaya yardım göstərən aparıcı ölkələrdən biridir və Avropada onun ən güclü tərəfdaşıdır”, – deyə NATO-nun baş katibi vurğulayıb.

Məlumata görə, Mark Rutte iyulun 1-də Almaniyaya səfər edib. O, Ankara NATO Zirvəsi ərəfəsində Almaniya kansleri Fridrix Merz və müdafiə naziri Boris Pistoriusla görüşlər keçirib. Səfər çərçivəsində Rutte son illərdə ilk dəfə Almaniya Federal Hökumətinin iclasında da iştirak edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ