ŞOK: İsrail Fələstin torpaqlarını ABŞ-a 1 dollara icarəyə verdi


İsrail və ABŞ Qərbi Qüdsdə ABŞ səfirliyinin daimi binasının tikintisi üçün torpaq sahəsinin 99 il müddətinə simvolik olaraq 1 dollar qarşılığında icarəyə verilməsinə dair saziş imzalayıb.

Turkustan.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, sənədi xarici işlər naziri Gideon Saar və ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Qüdsdə imzalayıblar.

Bildirilib ki, saziş ABŞ səfirliyinin hazırkı binadan Qüdsdə tikiləcək yeni daimi kompleksə köçürülməsi prosesinin başlanğıcı hesab olunur. Nazirlik bu addımın ABŞ prezidenti Donald Trampın 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarının davamı olduğunu qeyd edib.

Məlumata görə, sözügedən torpaq sahəsi 1948-ci ildən əvvəl fələstinli ailələrə məxsus olub və bu barədə mülkiyyət sənədləri mövcuddur. Fələstin tərəfi və bir sıra beynəlxalq qurumlar bu ərazinin statusu ilə bağlı İsrailin addımlarını beynəlxalq hüquqa zidd hesab edir.

İmzalanma mərasimində çıxış edən Gideon Saar sazişin iki ölkə arasında strateji tərəfdaşlığın göstəricisi olduğunu bildirib. O, həmçinin İsraili ABŞ-ın Yaxın Şərqdə ən mühüm strateji tərəfdaşı kimi qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ