TRIPP layihəsi Avrasiya İqtisadi İttifaqının gömrük qaydalarına uyğun şəkildə həyata keçiriləcək.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərin Ermənistanın Aİİ üzvlüyü nəzərə alınmaqla “Tramp marşrutu”nun necə icra olunacağı ilə bağlı sualını cavablandırarkən Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.
Safaryan qeyd edib ki, bu mərhələdə layihənin Rusiya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi ilə bağlı heç bir problem müşahidə olunmur.
“Gömrük prosedurları Aİİ çərçivəsində Ermənistanın gömrük orqanları tərəfindən həyata keçirilir və biz burada hər hansı çətinlik görmürük”, – deyə nazir müavini bildirib./modern.az