Tramp: İranla danışıqlarda çox yaxşı irəliləyirik


ABŞ Prezidenti Donald Tramp İranla davam edən danışıqların müsbət məcrada irəlilədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ ilə İran arasında münasibətlərin yaxşı getdiyini vurğulayaraq, Qətərdə keçirilən son görüşü müsbət qiymətləndirib.

"İranla əla görüş keçirdik, çox yaxşı yola gedirik", – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə olunur.

"İranın nüvəsizləşdirilməsi prosesi yaxşı irəliləyir. Çox yaxşı danışıqlar apardıq, görək nəticə necə olacaq", – deyə o qeyd edib.

Trampın sözlərinə görə, İran mühüm irəliləyiş nümayiş etdirir və tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ