Rusiya hərbçiləri bu ölkədə məxfi təlim keçiblər – Gizli sənədlər İFŞA OLDU


Rusiya hərbçilərinin ötən il Çində keçdiyi məxfi hərbi təlimlər şəxsən Rusiyanın müdafiə naziri tərəfindən təsdiqlənib və bu prosesə birbaşa olaraq ən azı dörd Rusiya və Çin generalı cəlb olunub.

Turkustan.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki avropalı rəsmiyə və əldə etdiyi məxfi sənədlərə istinadən məlumat yayıb.

Mənbələr bildirir ki, Ukraynadakı müharibə fonunda bu dərəcədə yüksəkrütbəli şəxslərin təlimlərə cəlb edilməsi Moskva və Pekin üçün bu əməkdaşlığın nə dərəcədə mühüm olduğunu göstərir. Pekin administrasiyasının bu faktı təkzib etməsinə baxmayaraq, hadisə Avropada ciddi təşvişə səbəb olub. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas iyunun 15-də bəyan edib ki, Brüssel öz kanalları vasitəsilə bu təlimlərin keçirildiyini təsdiqləyib və hazırda bunun fəsadlarını qiymətləndirir.

Kəşfiyyat sənədlərinə görə, ötən ilin noyabr ayında Çində 200-ə yaxın rusiyalı hərbi qulluqçu xüsusi hazırlıq keçib.

Təlimlərin güclü və zəif tərəfləri (Rusiya ordusunun daxili hesabatı):

"Reuters"in tanış olduğu Rusiya ordusunun daxili hesabatlarında Çindəki təlimlərin effektivliyi təhlil edilib.

Nankində keçirilən hazırlıqla bağlı hesabatda Çin tərəfinin texniki təchizat səviyyəsi, müasir simulyatorlardan istifadəsi və təlimatçıların yüksək nəzəri bilikləri təriflənib.

Zəif tərəf kimi isə Çin ordusunun real döyüş təcrübəsinin (hərbi təcrübəsinin) olmaması ayrıca qeyd edilib.

Generalların siyahısı ifşa olundu:

Agentliyin əldə etdiyi hərbi sənədlərdə kurslarda iştirak edən bütün şəxslərin adları, rütbələri, təvəllüdləri və məxfilik icazəsi dərəcələri yer alıb.

Sənədlərə əsasən, Çinə gedən Rusiya hərbi nümayəndə heyətinə general-polkovnik Rüstəm Muradov rəhbərlik edib. Digər tanınmış rusiyalı hərbi komandir, general-mayor Vitali Gerasimov isə Benbu şəhərindəki xüsusi kursda iştirak edib. Hesabatlarda ümumilikdə prosesə rəhbərlik edən üç generalın adı konkret qeyd olunub./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ