“İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri müxalifətin fərziyyələri əsasında etibarsız sayıla bilməz”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan müxalifətin müraciətinin baxıldığı Konstitusiya Məhkəməsində deyib.
“Müraciət edən tərəflər daim təkrar edirlər ki, “biz əsaslandırdıq, sübut və faktlar təqdim etdik” və sair. Amma eyni mülahizəni dəfələrlə təkrarlamaq onun həqiqətə uyğun olması demək deyil”, - o bildirib.
Srbuhi Qalyan əlavə edib ki, məhkəməyə inzibati resurslardan qanunsuz istifadə edildiyini və bunun seçicilərin sərbəst ifadəsinə təsir göstərdiyini bütün elementləri ilə təsdiqləyən konkret fakt təqdim olunmayıb.
Xatırladaq ki, Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələri ilə bağlı yekun qərarını iyunun 4-də açıqlayacaq. Müxalifət məhkəmədən seçkilərin nəticələrinin ya ləğvini, ya da ikinci turun təyin olunmasını tələb edir./teleqraf