ABŞ Prezidenti Donald Tramp İrandakı müharibənin nizamlanmasına göstərdiyi yardıma görə Rusiya dövlət başçısı Vladimir Putinə minnətdarlığını bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Nəşrin məlumatına görə, 80 illik yubileyi münasibətilə çıxış edən Tramp Putinlə yanaşı, Çin sədri Si Cinpini də tərifləyib.
"O, Çin sədri Si Cinpini və Rusiya Prezidenti Vladimir Putini münaqişənin həllinə verdikləri töhfəyə və ya ən azı boğazın blokadasına müdaxilə etmədiklərinə görə yüksək qiymətləndirib", - deyə nəşr qeyd edib.
Həmçinin Tramp Si Cinpini "əsl centlmen" adlandıraraq bildirib ki, o, blokadanı yarmaq cəhdi üçün 20 esminesdən ibarət gəmi göndərməyib. Bundan əlavə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu çox mürəkkəb insan adlandırıb. O vurğulayıb ki, Netanyahu ABŞ-yə minnətdar olmalıdır, çünki İran nüvə silahı əldə edəcəyi təqdirdə İsrail iki saat belə tab gətirə bilməzdi./oxu.az