ABŞ-İran razılaşmasına rəsmi Bakıdan REAKSİYA


Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışladığını bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.

"Pakistanın danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəkdir", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən danışıqlardan sonra razılaşma əldə olunub. Yekun saziş iyunun 19-da İsveçrədə imzalanacaq.


MANŞET XƏBƏRLƏRİ