Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvaya işgüzar səfər edəcək.
Turkustan.az xəbər verir ki, səfər çərçivəsində Fidan və Lavrov arasında keçiriləcək danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq və regional məsələlərin də müzakirə olunması gözlənilir.
Müzakirələrin əsas mövzuları sırasında Rusiya–Ukrayna müharibəsinin dayandırılması üçün mümkün addımlar, ABŞ–İran münasibətlərindəki son proseslərin regional təsirləri və Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələləri yer alır.
Fidanın səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə də görüşməsi ehtimal edilir.
Aytən Yaşar/ Turkustan.az