Çin ABŞ və İran arasında əldə edilən razılaşmaya reaksiya verdi


Çin ABŞ və İran arasında əldə olunan razılaşmaları alqışlayıb və Hörmüz boğazında gəmiçiliyin mümkün qədər tez bərpasına ümid etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian brifinq zamanı açıqlama verib.

Lin Cian Vaşinqton və Tehranın sülh razılaşmasına dair əldə etdiyi anlaşmanı müsbət qiymətləndirərək, Pakistanın vasitəçilik səylərini də yüksək qiymətləndirdiklərini qeyd edib.

O, İran ətrafındakı münaqişə tərəflərini gərginliyi artırmamağa və mövcud problemləri danışıqlar yolu ilə həll etməyə çağırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Çin bütün tərəfləri dialoq və danışıqlara sadiq qalmağa çağırır və Yaxın Şərq və Körfəz regionunda sülh və sabitliyin bərpası üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirəcək.

Aytən Yaşıar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ