Netanyahu İranla müharibəni buna görə uzadırmış – Pərdəarxası detallar


“İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdəki qarşıdurmadan ən çox fayda götürən şəxsdir”.

Turkustan.az xəbər verir ki, bunu politoloq İvan Mezyuho deyib.

“Əgər İranla yeni qarşıdurma başlamasaydı, İsrail ədliyyəsi artıq hökumət başçısını məhkəmələrə sürükləyərdi. Hərbi əməliyyatlar onun daxili siyasətdə mövqelərini daha sabit edir”, – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, silahlı qarşıdurmanın dayanması İsrail cəmiyyətində aktiv siyasi müzakirələrin yenidən alovlanmasına gətirib çıxaracaq ki, bu da hökumət böhranı və Netanyahunun istefası ilə nəticələnə bilər:

“Buna görə də baş nazir İsrail sərhədləri yaxınlığında münaqişələrin, o cümlədən “Hizbullah”la qarşıdurmanın heç olmasa “yarıpassiv” mərhələdə davam etməsinə çalışacaq”.

Mezyuho ABŞ Prezidenti Donald Trampın İsrail Baş nazirinə hərbi fəallığı azaltmaq üçün ciddi təzyiq göstərə biləcəyini də istisna etməyib:

“Əgər Netanyahunun hərəkətləri İranla ABŞ arasında əldə olunmuş kövrək sülh razılaşmalarını dağıtsa, o, Trampın seçki perspektivləri üçün siyasi məzara çevirilə bilər”.

Xatırladaq ki, daha əvvəl İsrailin ABŞ və İran arasında əldə olunmuş sülh sazişindən narazı qaldığı bildirilmişdi./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ