Ermənistanın baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” blokunu məhkəməyə verərək 300 min azərbaycanlı ilə bağlı səsləndirilmiş bəyanatın təkzib olunmasını tələb edib.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın məhkəmə portalında məlumat yayımlanıb.
Mayın sonunda “Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyan bildirmişdi ki, rəhbərlik etdiyi siyasi qüvvə 7 iyun seçkilərində qalib gəldiyi təqdirdə, Azərbaycan vətəndaşlarının Ermənistanda daşınmaz əmlak almasını qadağan edən qanun qəbul etməyi planlaşdırır.
Onun sözlərinə görə, erməni xalqı üçün ən vacib məsələ "Nikol Paşinyanın 300 min azərbaycanlının Ermənistana daxil olması planı"nın həyata keçirilməsinə imkan verməməkdir.
Paşinyan “Güclü Ermənistan” blokundan təzminat olaraq 6 milyon dram (təxminən 16 min ABŞ dolları) tələb edir.
İş hakim Armenuhi Badiryanın icraatına verilib.
Samvel Karapetyan 7 iyun tarxli parlament seçkilərindən öncə seçicilərlə görüşlərdə, mətbuatdakı çıxışlarında daim “300 min azərbaycanlı” iddiasını gündəmdə saxlamağa çalşıb. O, hər dəfə iddia edirdi ki, “Nikol Paşinyan 300 min azərbaycanlının Ermənistana qayıdışı ilə bağlı Azərbaycan qarşısında öhdəlik götürüb”./modern.az