“Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi davam edir


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyat keçirdiyi “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin çərçivəsində fəaliyyət davam edir.

QHT.az xəbər verir ki, 11 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə «“Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin fəaliyyət planı çərçivəsində ölkənin regionunda maarifləndirmə və məlumatlandırma tədbirləri keçirilib.

Saatlı şəhərində keçirlən və üç gün davam edən tədbirlərdə iştirakçılara müəyyən bilik və bacarıqlar öyrədilməsi məqsədi ilə bir neçə mövzuda təlimlər keçrilib. Tədbirlərin maderotu “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Togrul Abbasbəyli olub. Ekspertlər “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri Əhməd N. Abbasbəyli, “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli «WUF-13:Bakı və inklüziv imkanlar: qaunuvericliyin tələbləri və reallıq», “Şəhərsalma və ətraf mühit. Ekolojii problemlər", “WUF-13:nəticələr və perspektivlər” və s. mövzularında məruzə edərək, ətraflı məlumat verdilər. İştirakçıların çoxsaylı sualları cavablandırıldı və mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirin yekununda “Rezonans” GİB-nin icraçı direktoru Məhəmmədəli Mərdanov layihəyə və tədbirə göstərdikləri maraq və diqqətə görə iştirakçılara təşəkkürünü bildirib.

Tədbir iştirakçılarına layihə çərçivəsində çap edilmiş çoxlu sayda bukletlər paylanmışdır. Bu bukletlər əsasən əhali arasında paylanmaq üçün nəzərdə tutulub.


MANŞET XƏBƏRLƏRİ