Şevçenko: Paşinyan Putinin incə bir oyunudur


Əlbəttə ki, bu, Paşinyan üçün inamlı qələbədir. Əgər kifayət qədər faiz toplasaydı, heç kimlə hesablaşmadan Konstitusiyanı dəyişə bilərdi. Bu, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün vacibdir. Orda beş-altı səs məsələsi var. Hazırda Çarukyanın partiyası səs azlığı yaşayır (4%-lik baryeri aşmayıb – red.). Bu ssenari təsdiqlənərsə, Paşinyan konstitusiya çoxluğuna sahib olacaq və istədiyini edə biləcək. Bu, Ermənistan vətəndaşları tərəfindən Paşinyanın kursuna tam dəstəkdir, bunu başqa cür təsvir etmək mümkün deyil.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı jurnalist Maksim Şevçenko “Qafqaz büro”suna Ermənistanda qeyri-rəsmi seçki nəticələri barədə danışarkən deyib.

“Paşinyanı hər cür təhqir edən Rusiya təbliğatı Karapetyan üçün çox mənfi rol oynadı. Karapetyanın təhqir və təhdidlərlə bağlı asosasiyalara nə ehtiyacı var idi? Mənə elə gəlir ki, əgər ermənilərə Rusiyanın bu dəstəyi və təzyiqi olmadan özləri qərar vermək imkanı verilsəydi, Karapetyan daha çox səs toplayardı. Bunu mənə bir erməni jurnalist təsdiqləyib. Onun sözlərinə görə, çoxları prinsipcə səs verməyib: “Rusiya media maşını bizə təzyiq göstərir”. Gəlin Paşinyanın aprelin 1-də Moskvaya səfərini və onu müşayiət edən razılaşmaları xatırlayaq. Prinsipcə, inanıram ki, Paşinyan Putinin namizədidir və bu, Prezident Administrasiyasının incə bir oyunudur. Karapetyan güclüdür və bizdəndir, amma sadəcə sığorta olunmaq üçündür”, - o bildirib./axar.az


MANŞET XƏBƏRLƏRİ