5 ölkə Ermənistana görə “yarışa” girdi – Regionu silkələyəcək proses


Ermənistanda yeni atom elektrik stansiyasının modul tipli olması qərara alınıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Khudatyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hələlik atom elektrik stansiyasını inşa edəcək ölkə və şirkət seçilməyib:

“Bu seçim layihənin modelindən asılı olacaq. ABŞ, Fransa, Rusiya, Cənubi Koreya və Çin tərəfindən müxtəlif təkliflər mövcuddur. Ermənistan bunları araşdırır, tələsmirik”.

Xatırladaq ki, 2024-cü il avqustun 1-də Ermənistan hökuməti ölkədə yeni atom enerji blokunun tikintisinin idarə olunması üçün qapalı səhmdar cəmiyyətin yaradılması barədə qərar qəbul etmişdi. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ