Prezident onlara yüksək vəzifə verdi


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin edilib.

Turkustan.az Report-a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, yeni sədr müavinləri Tural Mailov və Kamran Əzizovdur.

Qeyd edək ki, indiyə qədər T.Mailov sədrin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müşaviri, K.Əzizov isə Agentliyin Nəqliyyat infrastrukturunun tikintisi departamentinin müdiri vəzifəsində çalışıb.


MANŞET XƏBƏRLƏRİ