Yaxın Şərqdə iyunun 11-nə keçən gecə baş verən kəskin hərbi eskalasiyaya və qarşılıqlı raket zərbələrinə rəğmən, ABŞ və İran tərəfi regional böhranın nizamlanması məqsədilə pərdəarxası danışıqları dayandırmayıb.
Turkustan.az xəbər verir ki, CNN telekanalı regiondakı hərbi status-kvonu kökündən dəyişəcək bu sensasion xəbəri diplomatik qaynaqlara istinadən acı reallıq kimi yayıb.
Proseslərin pərdəarxası təfərrüatından bəllidir ki, Ağ Ev və Tehran rəsmiləri 11 iyun gecəsi baş verən ağır hərbi toqquşmalardan dərhal sonra yenidən danışıqlar masasına qayıdıblar. CNN-ə danışan və vəziyyətdən birbaşa xəbərdar olan yüksəkrütbəli diplomatik mənbə bəyan edib ki, tərəflər arasında münasibətlərin tənzimlənməsi üzrə aparılan bu gizli və gərgin danışıqlar prosesi hazırda da aktiv şəkildə davam etdirilir.
Mənbə onu da xüsusi vurğulayıb ki, gecə saatlarında qeydə alınan hərbi eskalasiya və qarşılıqlı dağıdıcı zərbələr hər iki tərəfin aylardır üzərində çalışdığı böyük "diplomatik səyləri" tamamilə iflasa uğratmaq və danışıqları alt-üst etmək təhlükəsi yaratsa da, tərəflər sülh masasını tərk etməmək qərarına gəliblər. Beynəlxalq analitiklər hərbi əməliyyatların kölgəsində aparılan bu intensiv diplomatik təmasları prezident Donald Trampın regionda təcili atəşkəs əldə etmək və tərəflər arasında "Yekun Sövdələşmə" imzalamaq barədə rəsmi bəyanatlarının praktiki icrası kimi qiymətləndirirlər. /Musavat.com/