Ermənistanda yoxlamalar: Paşinyanın səs faizi dəyişdi


“Düzəlişlər və yenidən hesablamalar nəticəsində partiyamızın səsi artıb”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan yazıb.

“Bu, danılmaz faktdır. Başqa sözlə, texniki səhvlər və qeyri-dəqiqliklər səbəbindən ən çox azalan bizim səsimiz olub. Yoxlamalardan sonra partiyamızın səsində 950 artım olub”, – V.Aleksanyan bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası iyunun 7-də keçirilən parlament seçkilərində 49,83 % səs toplayıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ