Tibb dünyasında həyəcanverici bir inkişaf baş verir.
Turkustan.az xəbər verir ki, Oksford Universiteti ilə əczaçılıq nəhəngi Moderna arasında əməkdaşlıq nəticəsində hazırlanmış və xərçənglə mübarizədə inqilab etməsi gözlənilən yeni bir peyvənd üçün klinik sınaqlara bu yay başlanacaq.
Xərçəng hüceyrələrini hələ əmələ gəlməzdən əvvəl məhv etməyi hədəfləyən bu qabaqcıl peyvənd tibb tarixində yeni bir dövrün başlanğıcını qoya bilər.
Hazırlanan peyvənd əvvəlcə xərçəng, xüsusən də bağırsaq xərçəngi və uşaqlıq/yumurtalıq xərçəngi inkişaf riskini son dərəcə yüksək edən genetik meylli Linç sindromlu xəstələri hədəf alır.
Tədqiqatın əsas məqsədi peyvəndin immun sistemini necə məşq etdirdiyini araşdırmaqdır. Bu, bədənin Linç sindromlu insanlarda şişə çevrilməzdən əvvəl xərçəngönü hüceyrələri aşkarlamasına və məhv etməsinə imkan verəcək. Buna görə də, peyvənd xərçəngi müalicə etməkdənsə, onu başlamazdan əvvəl qarşısını almağı hədəfləyir.
Aytən Yaşar/ Turkustan.az