MM-dəki çıxışı gündəm olan deputatımız kimdir? – Maraqlı FOTOLAR+VİDEO


Deputat Ülviyyə Həmzəyevanın Milli Məclisdəki çıxışı müzakirələrə səbəb olub. Onun bəzi sözləri düzgün tələffüz etməməsi, xüsusilə “c”, “ç” və “k” səslərinin deyilişində yol verdiyi nöqsanlar, eləcə də mətni üzündən yaxşı oxumaması sosial şəbəkələrdə tənqid edilib.

Bəs Ülviyyə Həmzəyeva kimdir?

Turkustan.az Globalinfo.az-a istinadən bildirir ki, Həmzəyeva Ülviyyə Tapdıq qızı 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olub. Azərbaycanlı ictimai-siyasi xadim, rəssamdır.

Orta təhsilini Naxçıvan şəhərində alıb, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirib.

2006-cı ildə isə həmin universitetin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə başa vurub.

Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəsmxət kafedrasında baş müəllim kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır.

Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür.

O, 2010-2015-ci illərdə IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, 2015-ci ildən isə Azərbaycan Respublikasının Milli Məclisinin V, VI və VII çağırış deputatıdır.

Həmzəyeva həmçinin Naxçıvan Ali Məclisinin IV çağırış deputatı olub, daha sonra Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı kimi fəaliyyətini davam etdirib.

O, 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinin üzvü seçilib.

48383427 1977371509036346 7965832297217785856 n512796354 23896420533371462 7098293887693985714 n502582824 9938157216291029 4147821410178277926 n129524849 3502555083184640 4953929931714334938 n


MANŞET XƏBƏRLƏRİ