Türkiyənin bu addımı İsraili ayağa qaldırdı - Təl-Əviv çıxış yolu axtarır


Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığı gücləndirən yeni razılaşma İsrail mətbuatında geniş əks-səda yaradıb.

Turkustan.az xəbər verir ki, razılaşma çərçivəsində iki ölkə arasında tarixi Hicaz dəmir yolunun bərpası və onun Körfəz bölgəsini Türkiyə üzərindən Avropaya bağlaya biləcək yeni ticarət dəhlizinə çevrilməsi planlaşdırılır.

Həmçinin, layihənin Hörmüz boğazına alternativ marşrut kimi çıxış edə biləcəyi qeyd olunur.

İsrail mediası isə bu təşəbbüsün Hindistan-İsrail İqtisadi Dəhlizi (IMEC) üçün ciddi rəqabət yarada biləcəyini iddia edərək, yeni marşrutun regional ticarət balansını dəyişdirə biləcəyini yazıb.

“Srugim” nəşrinin “Xəyal və dağılma: Türkiyə və Səudiyyə Ərəbistanı İsrail planına ölümcül zərbə enirdi” başlıqlı xəbərində bu xəttin Suriya və İordaniya üzərindən Türkiyəyə bağlanmasının İsrail üçün strateji və iqtisadi risk kimi qiymətləndirildiyi bildirilib.

Mütəxəssislərə görə, layihə reallaşarsa, Körfəz-Avropa ticarət əlaqələrində daşınma xərcləri azala, logistika daha sürətli və effektiv hala gələ bilər.

Bu layihə eyni zamanda Yaxın Şərqdə alternativ nəqliyyat və logistika marşrutlarının formalaşmasına töhfə verəcək mühüm addımlardan biri kimi dəyərləndirilir./publika.az


MANŞET XƏBƏRLƏRİ