İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranla bağlı təhlükəsizlik məsələlərində zərurət yaranacağı təqdirdə İslam ölkəsinə hücum etməyi əmr edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Netanyahunun sözlərinə görə, İsrail ABŞ-ın dəstəyini və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı vacib hesab etsə də, ölkə öz təhlükəsizliyini təmin etmək üçün təkbaşına qərar qəbul etmək imkanına malikdir.
O qeyd edib ki, belə ssenari arzuolunan deyil, lakin İsrail buna hazırdır. Baş nazir həmçinin xəbərdarlıq edib ki, mümkün addımlar silah təchizatı sahəsində çətinliklərə və beynəlxalq arenada təcrid riskinin artmasına səbəb ola bilər.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir İranın nüvə proqramı ilə bağlı müzakirə olunan mümkün razılaşmalara skeptik yanaşdığını ifadə edib. O bildirib ki, hazırkı şəraitdə nəzərdən keçirilən istənilən saziş İsrailin təhlükəsizlik maraqları baxımından ciddi suallar doğurur. /globalinfo.az/