Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanında uçuşların bərpa olunduğu bildirilir.
Turkustan.az xəbər verir ki, İran mediası Tehran Beynəlxalq İmam Xomeyni Hava Limanının Əməliyyatlar üzrə direktor müavini Cavad Artimani-nin açıqlamasını dərc edib. Artimani bildirib ki, İran hava məkanının yenidən açılması və uçuş məhdudiyyətlərinin aradan qaldırılması ilə Səudiyyə Ərəbistanından olan iranlı zəvvarları daşıyan ilk təyyarələr hava limanına eniş edib. O, həmçinin xarici aviaşirkətlərin uçuşları bərpa etdiyini və qarşıdakı həftələrdə uçuşların sayının artacağının gözlənildiyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az