İsrail Baş naziri Netanyahunun ən geci 27 oktyabrda keçiriləcək ümumi seçkilərdə yenidən namizədliyini irəli sürməsi gözlənilir.
Turkustan.az xəbər verir ki, lakin ölkədə keçirilən son sorğu göstərir ki, ictimaiyyətin əksəriyyəti Netanyahunun yenidən seçilməsinə qarşıdır.
İsrail Demokratiya İnstitutu (IDI) tərəfindən aparılan sorğunun nəticələrinə görə, İsrail ictimaiyyətinin əksəriyyəti Baş nazir Benyamin Netanyahunun yenidən seçilmək üçün namizədliyini dəstəkləmir.
IDI-nin 31 may - 5 iyun tarixləri arasında apardığı ictimai rəy sorğusu Baş nazir Netanyahunun potensial yenidən seçilmə namizədliyi ilə bağlı fikirləri və ABŞ prezidenti Donald Trampın İsrailin təhlükəsizliyinə üstünlük verib-vermədiyini araşdırıb.
- Seçicilərin 61%-i Netanyahunun yenidən seçilməsinə qarşıdır.
2009-cu ildən bəri demək olar ki, fasiləsiz hakimiyyətdə olan və ölkənin ən uzun müddət hakimiyyətdə olan baş naziri Netanyahunun oktyabrın 27-dən gec olmayaraq keçirilməsi planlaşdırılan ümumi seçkilərdə yenidən namizədliyini irəli sürəcəyi gözlənilir.
Aytən Yaşar/ Turkustan.az