İsrailin Livana hava hücumları: 18 nəfər həlak oldu


Atəşkəs və İranın xəbərdarlıqlarına baxmayaraq, İsrailin bu gün Livanın cənubundakı şəhərlərə hava hücumları nəticəsində 18 nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, 17 apreldə qüvvəyə minən və 17 may tarixindən etibarən 45 gün uzadılan atəşkəsə baxmayaraq, İsrail ordusu Livana hücumlarını davam etdirir.

Livan Səhiyyə Nazirliyi günorta saatlarında Tir şəhərinin Masakin Şabiyyə məhəlləsinə edilən hücum nəticəsində səkkiz nəfərin öldüyünü, 35 nəfərin isə yaralandığını açıqlayıb.

Bəyanatda Sur şəhərinin Əl-Bas məhəlləsinə edilən hücumda 3 nəfərin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilib.

İsrail təyyarələri günortadan sonra cənubdakı Məcdəl Zun, Səcid, Əşit, Zafta, Qaiyyət Cisr, Yuhmur, Yuxarı Nəbatiyyə, Kafur, Haruf və Cəbşit şəhərlərini hədəfə alıb.

Zefta şəhərində baş verən hücumda bir Suriya vətəndaşı həlak olub. Ənsariyyə və Ədlun şəhərləri arasındakı ərazidə baş verən digər bir hücumda isə iki suriyalı həyatını itirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ