İsrail və İran arasında qarşılıqlı hücumların yenidən başlamasından sonra Tehranda hökumətyönlü kütləvi aksiya keçirilib.
Turkustan.az xəbər verir ki, İranın İsrailə raket hücumundan sonra paytaxt Tehranın İnqilab Meydanında minlərlə insan toplaşaraq hökumətə dəstəyini ifadə edib.
Nümayiş iştirakçıları ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib, İran rəhbərliyinin mövqeyini dəstəklədiklərini bildiriblər.
Yerli mənbələrin məlumatına görə, aksiyada geniş insan kütləsi iştirak edib və tədbir təhlükəsizlik qüvvələrinin nəzarəti altında keçirilib.



Aytən Yaşar/ Turkustan.az