İranın cavab zərbəsindən sonra ABŞ və İsrail liderləri danışdı


İranın İsrailin Livanın Beyruta hücumuna cavab olaraq İsrailə raket hücumundan sonra İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı aparıldığı bildirilir.

Turkustan.az xəbər verir ki, İsrail mediası Netanyahu ilə Trampın telefonla danışdığını bildirib, lakin əlavə məlumat verməyib.
Atəşkəsə baxmayaraq, İsrail ordusu bu gün Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava hücumu həyata keçirib və İran rəsmiləri İsrailin bu hücumuna reaksiya verərək qisas alacaqlarını açıqlayıblar.

İrandan atılan üç raket dalğası səbəbindən İsrailin şimalındakı bir neçə şəhərdə sirena səsləri eşidilib. Məlumatlara görə, İrandan İsrailə təxminən 10 raket atılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ