Ermənistanda səslərin 90%-i sayılıb: Paşinyanın partiyası liderdir - MSK


Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90% faizi sayılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 50,25 faizini qazanıb.

Samvel Karapetyanın "Güclü Ermənistan" partiyalar bloku 23,31% səs toplayıb. Keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,78% səslə üçüncü yerdə qərarlaşıb. Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4,2% səs toplayıb.

Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88%-nə malikdir. Ölkədə 2005 seçki məntəqəsindən 1199-da səslər sayılıb.

Qeyd edək ki, partiyalar üçün limit 4%, bloklar üçün isə 8% təşkil edir. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ