Ukrayna Prezidenti Vladimir Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts ilə görüş keçirib.
Turkustan.az xəbər verir ki, Böyük Britaniya, Fransa və Almaniyanı birləşdirən E3 formatı çərçivəsində baş tutan görüşdə Ukraynaya dəstəyin davam etdirilməsi və müharibənin sona çatdırılması istiqamətində atılacaq addımlar müzakirə olunub.
Londonda Baş nazirin Dauninq küçəsi 10 ünvanında yerləşən rəsmi iqamətgahında keçirilən görüşdən sonra tərəflər birgə yazılı bəyanat yayıblar.
Bəyanatda bildirilib ki, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts Zelenski ilə görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Kiyevə dəstəklərini bir daha təsdiqləyiblər.
Liderlər həmçinin Ukraynanın təhlükəsizliyi, Avropada sabitliyin qorunması və davamlı sülhün təmin olunması üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Aytən Yaşar/ Turkustan.az