Bu ölkədə 7.8 bal zəlzələ oldu: Sunami xəbərdarlığı edildi


Filippinin cənub sahilləri yaxınlığında, Çelebes dənizində güclü zəlzələ qeydə alınıb.

Turkustan.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanların maqnitudası 7,8 olub. Zəlzələnin episentri Mindanao adasının yaxınlığında, General Santos şəhərinin cənub-qərbində yerləşib. Təkanlar yerli vaxtla səhər saatlarında baş verib.

Hadisədən sonra Filippin, İndoneziya və regionun bir sıra sahilyanı əraziləri üçün sunami xəbərdarlığı elan olunub. Mütəxəssislər sahilboyu ərazilərdə yaşayan sakinləri daha təhlükəsiz yüksəkliklərə çəkilməyə çağırıblar.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində bir sıra binalara ziyan dəyib, elektrik və rabitə xətlərində problemlər yaranıb. Filippin hakimiyyəti hadisə bölgəsində qiymətləndirmə və xilasetmə işlərini davam etdirir.

Qeyd edək ki, Filippin Sakit okeanın “Odlar halqası” adlandırılan yüksək seysmik aktivlik zonasına daxildir və burada tez-tez güclü zəlzələlər baş verir. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ