İsrailli nazir bu dəfə Ərdoğanı hədəf aldı


İsrailin müdafiə naziri İsrael Katz sosial media paylaşımında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Daxili İşlər naziri Mustafa Çiftçini hədəf alan ifadələr işlədib.

Turkustan.az xəbər verir ki, onun açıqlamaları qısa zamanda geniş rezonans doğuraraq gündəm mövzusuna çevrilib.

Katzın paylaşımında həmçinin CHP sədri Kamal Kılıçdaroğlu, vəzifəsindən kənarlaşdırılmış İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq başçısı Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaşın adlarının da çəkilməsi diqqət çəkib.

Katz paylaşımında Daxili İşlər naziri Mustafa Çiftçinin sözlərinə cavab verdiyini bildirərək bir sıra açıqlamalar verib.

O, qeyd edib: “Duam o idi ki, Allah mənə bir gün belə Qüdsün valiliyini nəsib etsin. İnanıram ki, Allah bizə o günləri göstərəcək.”

İsrailli nazir daha sonra Türkiyəyə yönəlik sərt ifadələr işlədərək “Qüds Konstantinopol deyil və İsrail dövləti dağılan Səlib imperiyası deyil”, – deyə bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ